Slovakiya və Polşa Ukraynaya “MiQ-29” qırıcıları göndərməyə hazırlaşır

Tokio, 9 mart , /AJMEDIA/

Slovakiya Polşa ilə birlikdə Ukraynanı “MiQ-29” qırıcı təyyarələri ilə təmin etməyə hazırlaşır.
AJMEDIA xəbər verir ki, bu barədə Slovakiyanın müdafiə naziri Yaroslav Nad bildirib. Nazir qeyd edib ki, bununla bağlı polşalı həmkarı ilə Stokholmda görüşü olub: “Polşa rəsmi şəkildə “MiQ-29” qırıcılarının birlikdə Ukraynaya tədarükünə razılıq verib”.
Yaroslav Nad tədarükün konkret vaxtını açıqlamayıb, lakin bu məsələdə vaxt itirməməyin vacibliyini vurğulayıb.
Qeyd edək ki, Slovakiya ötən ilin payızından “MiQ-29” qırıcılarının istifadəsini dayandırıb. Səbəb kimi bu tip təyyarələrin artıq köhnəlməsi göstərilib. Slovakiya tərəfi döyüş qabiliyyətli 10 qırıcının Ukraynaya verilməsini nəzərdən keçirir. Bunun əvəzində isə Almaniya və ya digər NATO ölkələrindən kompensasiya gözləyir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts