Slovakiya Milli Şurasının sədri Şəhidlər xiyabanını ziyarət edib

Tokio, 13 iyun , /AJMEDIA/

Ölkəmizdə səfərdə olan Slovakiya Milli Şurasının sədri Boris Kolların rəhbərlik etdiyi parlament nümayəndə heyəti iyunun 13-də Şəhidlər xiyabanını ziyarət edib.
AJMEDIA xəbər verir ki, Şəhidlər xiyabanına gələn Boris Kolların rəhbərlik etdiyi parlament nümayəndə heyəti ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini hörmətlə anıb, məzarları üzərinə tər çiçəklər düzüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.
Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonaqlara Şəhidlər xiyabanının tarixi və şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə ətraflı məlumat verilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts