“Skal İnternational Baku”nun 25-ci toplantısı keçiriləcək

Tokio, 28 fevral, /AJMEDIA/

Martın 1-də “Skal İnternational Baku”nun (Azərbaycan Turizm Peşəkarları Assosiasiyası) 25-ci toplantısı keçiriləcək.

AJMEDIA xəbər verir ki, “Turizmdə perspektivlər” mövzusunda müzakirələrin aparılacağı tədbir “Divan Express Baku Hotel”də gerçəkləşəcək. Toplantıda hazırda dünya turizmində aparılan postpandemiya tədbirləri, bunun Azərbaycan turizminə təsirləri, bundan sonrakı dönəmdə “Skal İnternational Baku”nun atacağı addımlar, “Şuşa İli” çərçivəsində görüləcək işlər və s. istiqamətdə görüləcək işlər də müzakirə mövzusu olacaq.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts