Şinzo Abe Yaponiyanın hakim partiyasında ən böyük fraksiyanın rəhbəri seçilib

Tokio, 11 Noyabr, /AJMEDIA/

Yaponiyanın sabiq Baş naziri Şinzo Abe hakim Liberal Demokratik Partiyasının (LDP) daxilində ən böyük fraksiyanın rəhbəri seçilib. Bununla da o, ölkə tarixində ən nüfuzlu siyasətçilərdən biri olduğunu təsdiq edib.

AJMEDIA xəbər verir ki, bu barədə qərar fraksiya üzvlərinin noyabrın 11-də keçirilən yığıncağında qəbul edilib. Bildirilir ki, Ş.Abe bu vəzifədə tanınmış siyasətçi, bir gün əvvəl Yaponiya parlamentinin aşağı palatasının sədri seçilən Hiroyuki Hosodonu əvəz edib.

Qeyd edək ki, LDP-nin həmin fraksiyasında 90 parlament üzvü birləşir. Bu fraksiyanın üzvlərindən dördü – Şinzo Abe, Yoşiro Mori, Zyuniçiro Koizumi və Yaşuo Fukuda Yaponiyanın əvvəllər Baş naziri olublar.

Əlavə olaraq bildirək ki, LDP ənənəvi olaraq “partiya daxilində partiya” hesab edilən fraksiyalara bölünür. Bu fraksiyalar öz maliyyə hesabına və ümumi kursdan qismən fərqlənən ideoloji xəttə malik olurlar. Yaponiya hökuməti bu qruplar arasındakı həssas balans üzərində formalaşır. Hazırda LDP daxilində beş böyük fraksiya və iki kiçik qrup var. Ş.Abenin bundan sonra rəhbərlik edəcəyi fraksiya LDP daxilində ən böyük fraksiyadır.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts