Sinoptiklərdən xəbərdarlıq: Oktyabrın 7-dək ölkə ərazisində hava şəraiti qeyri-sabit olacaq

Tokio, 2 Oktyabr, /AJMEDIA/

Bakıda və Abşeron yarımadasında oktyabrın 3-ü axşamdan oktyabrın 7-dək fasilələrlə yağış yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AJMEDIA-ya verilən məlumata görə, bəzi yerlərdə yağışın intensivləşəcəyi ehtimalı var. Oktyabrın 6-da şimal-şərq küləyi əsəcək, arabir 15-18 metr/saniyəyədək güclənəcək.

Oktyabrın 7-dək ölkə ərazisində qeyri-sabit hava şəraitinin davam edəcəyi, arabir yağış yağacağı proqnozlaşdırılır. Bəzi yerlərdə leysan xarakterli intensiv, şimal və şərq rayonlarında isə güclü olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimal edilir. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir 15-20 metr/saniyəyədək güclənəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts