“Simpsonlar” serialında yer alan maraqlı bir detal dünyada gündəmə çevrilib

Tokio, 18 noyabr , /AJMEDIA/

Məşhur “Simpsonlar” serialının prodüseri və ssenari müəllifi Al Jean tviter hesabında “Trumpstatic Journey” adlı qısa epizoddan kadr paylaşıb.
AJMEDIA xəbər verir ki, Al Jean tərəfindən paylaşılan görüntüdə serialın əsas personajlarından olan Homer Simpsonun uçuşu zamanı arxa planda üzərində “Trump 2024” yazılan plakat diqqət çəkib.
Bununla bağlı “New York post” qəzetinə açıqlama verən Al Jean komediya serialının Trampın 2024-cü il seçkilərində namizədliyini irəli sürəcəyini proqnozlaşdırdığını qeyd edib. Sabiq prezident “Amerikanı yenidən böyük və şanlı etmək üçün mən bu axşam Birləşmiş Ştatların prezidentliyinə namizədliyimi elan edirəm”,- deyə söyləmişdi.
Trampın açıqlamasından sonra Al Jean həmçinin pərəstişkarlarına da serialın hər hansısa bir şəkildə hadisələrin gedişatını təxmin edə bilməsini xatırladıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts