Şimali Koreyanın növbəti raket sınaqlarına görə Yaponiya hökuməti yanında böhran qərargahı yaradılıb

Tokio, 2 noyabr , /AJMEDIA/

Şimali Koreyanın noyabrın 2-də həyata keçirdiyi növbəti raket sınaqlarına görə Yaponiya hökuməti yanında böhran qərargahı yaradılıb.
AJMEDIA Yaponiyanın Sahil Mühafizə Xidmətinə istinadla xəbər verir ki, ballistik raketlər Yapon dənizi istiqamətində buraxılıb.
Sahil Mühafizəsi Xidmətinin məlumatında qeyd edilir ki, Şimali Koreya tərəfindən buraxılan raket artıq dənizə düşüb. Raketin düşdüyü dəqiq ərazi qeyd edilmir.
Yaponiyanın Baş naziri Fumio Kişidanın dəftərxanası yanında yaradılan böhran qərargahı məlumatların toplanmasını və təhlilini davam etdirir.
Qeyd edək ki, bu, cari ilin əvvəlindən Şimali Koreya tərəfindən 29-cu raket sınağıdır. Bunlardan 23-nünü müxtəlif növ ballistik raketlər olduğu bildirilir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts