Şimal bölgəsi üzrə riyaziyyat-məntiq olimpiadası və fənn müsabiqələrində 5300-dən çox şagird biliyini sınayıb

Tokio, 2 mart, /AJMEDIA/

Martın 2-də Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadası və Məktəblilərarası fənn müsabiqələrinin rayon (şəhər) mərhələsi keçirilib.

AJMEDIA xəbər verir ki, Quba-Xaçmaz Regional Təhsil İdarəsi üzrə 16 mərkəzdə təşkil olunan müsabiqədə iştirak etmək üçün ümumilikdə 5 min 304 şagird qeydiyyatdan keçib.

Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadası V sinif, Fənn müsabiqələri isə VI-VII siniflər üçün təşkil olunur. VI sinif şagirdləri riyaziyyat, informatika və təbiət fənləri, VII sinif şagirdləri isə riyaziyyat, fizika, kimya və biologiya fənləri üzrə imtahanda iştirak ediblər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts