Tokio, 29 mart , /AJMEDIA/
AJMEDIA xəbər verir ki, Avstraliya İttifaqının Sidney şəhərində Novruz bayramına həsr olunmuş şənlik keçirilib.
Avstraliya Azərbaycanlılarının Mədəniyyət Assosiasiyasının təşkilatçılığı ilə baş tutan tədbirdə Azərbaycanın Avstraliya İttifaqı, Fici Respublikası və Yeni Zelandiyadakı müvəqqəti işlər vəkili Vaqif Cəfərov, Avstraliya-Azərbaycan Türk Dostluq Birliyinin sədri İmaməddin Qasımov və güneyli-quzeyli soydaşlarımızla yanaşı, əfqan, abxaz və türk icmalarının üzvləri də iştirak ediblər.
Çıxış edənlər həmvətənlərimizi sülh, barış, bərəkət, nikbinlik, birlik və həmrəylik mahiyyətli Novruz bayramı münasibətilə təbrik ediblər.
Azərbaycan musiqisi və milli rəqslərinin nümayiş olunduğu tədbir soydaşlarımızın birlik və həmrəylik rəmzi olan “Yallı” rəqsini ifa etməsi ilə yekunlaşıb.