Tokio, 23 Noyabr, /AJMEDIA/
Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi eks-prezident Serj Sarkisyana qarşı ittiham irəli sürüb. Ona qarşı yaşadığı yerdən kənara çıxmama ilə bağlı iltizamnamə tədbiri seçilib.
AJMEDIA-nın məlumatına görə, bu barədə Ermənistanın İctimai televiziyasına müsahibəsində qurumun mətbuat katibi Mariam Ohancanyan bildirib.
M.Ohancanyan deyib: “Korrupsiyaya qarşı mübarizə komitəsinin araşdırdığı iş çərçivəsində Serj Sarkisyana qarşı ittiham irəli sürülüb. Ona qarşı yaşadığı yerdən kənara çıxmama ilə bağlı iltizamnamə tədbiri seçilib”.