Site icon AJMEDIA Azərbaycanca

Serbiyada yeniyetmə və gənc qılıncoynadanlar arasında Avropa birinciliyi başa çatıb

Tokio, 1 mart , /AJMEDIA/

Serbiyanın Novi Sad şəhərində keçirilən yeniyetmə və gənclər arasında Avropa birinciliyində gənclərin şəxsi yarışına yekun vurulub.

Azərbaycan Qılıncoynatma Federasiyasından AJMEDIA-ya bildiriblər ki, gənc şpaqaçı qızların şəxsi yarışında Xədicə Həsənli (3 qələbə) və Alfiyə Abdinova (2 qələbə) qrup mərhələsini adlayaraq pley-offa yüksəliblər.

Xədicə ən güclü 32-liyə yüksəlmək uğrunda keçirilən görüşdə norveçli Vilde Tengesdala 11:12 hesabı ilə uduzub. Alfiyə isə pley-offda Türkiyə təmsilçisi Aleyna Eltürkə 10:15 hesabı ilə məğlub olub. Nazilə Rəhimova və Azərin İdriszadə qrup mərhələsini adlaya bilməyiblər.

Gənc oğlan şpaqaçıların şəxsi yarışında qrup mərhələsini mütləq nəticə (6 qələbə) ilə başa vuran Barat Quliyev pley-offda Almaniya idmançısı Fabio Murruya 10:15 hesabı ilə uduzub.

Gənc qız sablyaçıların şəxsi yarışında yeganə təmsilçimiz Sofiya Mamina qrupu mərhələsini 2 qələbə ilə başa vuraraq pley-offa yüksəlib. O, ən güclü 32-liyə yüksəlmək uğrunda keçirilən görüşdə fransalı Sirielle Girardinə 10:15 hesabı ilə məğlub olub.

Exit mobile version