Serbiya 1,3 milyard dollarlıq silah-sursat alıb

Tokio, 13 avqust , /AJMEDIA/

Serbiya ötən il hərbi silah-sursat alınması ilə bağlı ümumi dəyəri 1 milyard 318 milyon dollar olan müqavilələr imzalayıb.
AJMEDIA xəbər verir ki, bu məbləğ Serbiya ordusunun 2016-cı ilin sonundan etibarən modernləşdirilməsinə başlanandan bəri bütün satınalmaların ümumi dəyərindən çoxdur.
Serbiya ilə 31 ölkə arasında 287 müqavilə imzalanıb. Alqı-satqı müqavilələri hərbi məqsədlər üçün bütün strateji əhəmiyyətli satınalmalara cavabdeh olan “Jugoimport-SDPR” şirkəti tərəfindən imzalanıb. Rusiyadan 4 ədəd “Mi-35M” döyüş helikopteri, üç ədəd “Mi-17V-5” helikopteri, iki ədəd “Pancir-S1M” zenit müdafiə sisteminin batareyası, elektron müdafiə vasitələri və PUA-lara qarşı mübarizə sistemləri təmin olunub.
Həmçinin hava hücumundan müdafiə bölmələri üçün Fransadan “GM400”, “GM200” və “GM60” radarları alınacaq. Serbiya ordusu üçün “Airbus” şirkətindən on ədəd çoxməqsədli “H145M” helikopteri sifariş edilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts