Tokio, 21 mart , /AJMEDIA/
Əlcəzairdə 2024-cü il sentyabrın 7-də növbədənkənar prezident seçkiləri keçiriləcək.
AJMEDIA xəbər verir ki, bu barədə Əlcəzair Radiosu məlumat yayıb.
Əlcəzairdə əvvəlki prezident seçkiləri 2019-cu il dekabrın 12-də keçirilib və Abdelmacid Tebbun seçicilərin 58 faizinin dəstəyini qazanıb. Onun beş illik mandatı 2024-cü ilin dekabrında başa çatır.
Növbədənkənar seçkilərin keçirilməsinin səbəbləri barədə məlumat verilmir. Həmçinin Tebbunun bu seçkilərdə iştirak edib-etməyəcəyi də bilinmir.