Şenol Günəş: Azərbaycan xalqına təşəkkür edirəm

Tokio, 14 may , /AJMEDIA/

Türkiyə Superkubokunu yaxud da başqa oyunu Bakıda keçirmək bizim üçün yalnız faydalı ola bilər.
AJMEDIA xəbər verir ki, bunu “Beşiktaş”ın baş məşqçisi Şenol Güneş “Beşiktaş” – “Sabah” xeyriyyə oyunundan sonra keçirilən mətbuat konfransında deyib.
Dostluq matçı üçün Bakıya gəldiklərini deyən Şenol Günəş Azərbaycan xalqına təşəkkür edib: “Matç zamanı bütün oyunçulara şans vermək istədik. Belə qarşılaşmalar davamlı olmalıdır. Daha əvvəl verdiyimiz sözü bu gün həyata keçirə bildik. Azərbaycanın bütün komandalarına uğurlar arzulayıram”.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts