Tokio, 13 fevral, /AJMEDIA/
Seneqalda futbol stadionuna ölkənin milli komandasının və “Liverpul”un üzvü Sadio Manenin adı veriləcək.
AJMEDIA xəbər verir ki, bunu Seneqalın Sediu şəhərinin meri Abdulay Diop açıqlayıb. O bildirib ki, Manenin doğma şəhərində inşa olunan yeni arena futbolçunun adını daşıyacaq. Bu stadionun açılışı 2023-cü ildə olacaq.
Qeyd edək ki, Seneqal millisi ötən həftə tarixində ilk dəfə Afrika çempionu olub.