Saytların təhlükəsizliyi ilə bağlı monitorinqlər aparılıb

Tokio, 27 oktyabr , /AJMEDIA/

Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi tərəfindən muxtar respublikada fəaliyyət göstərən dövlət orqanlarında elektron xidmətlərin göstərilməsi, o cümlədən hazırlanmış internet saytlarının təhlükəsizlik (SSL-Secure Sockets Layer) sertifikatı ilə təmin olunması istiqamətində zəruri texniki tədbirlər davam etdirilir.

Bu barədə AJMEDIA-ya Muxtar Respublikanın Rabitə və Yeni Texnologiyalar Nazirliyindən məlumat verilib.

“Belə ki, dövlət orqanlarına məxsus internet saytlarının təhlükəsizliyinin gücləndirilməsi ilə bağlı monitorinqlər həyata keçirilib. Aparılan monitorinqlərin nəticələrinə əsasən yenilənmiş veb-saytların 68.2 faizi təhlükəsizlik sertifikatı ilə təmin edilib.

Qurumların nəzərinə çatdırılır ki, rəsmi internet səhifələrinin təhlükəsizliyini təmin etmək və daxil olan hücumların qarşısını almaq məqsədilə veb-saytlarının təhlükəsizlik sertifikatı ilə təmin olunmasını diqqətdə saxlasınlar”, – deyə məlumatda qeyd olunub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts