Samuxda zəlzələ olub

Tokio, 20 oktyabr, /AJMEDIA/

Oktyabrın 20-də Gəncə stansiyasından 34 kilometr şimal-şərqdə – Samux rayonunda zəlzələ qeydə alınıb.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosundan AJMEDIA-ya verilən məlumata görə, yerli vaxtla saat 14:00-da qeydə alınan yeraltı təkanların maqnitudası 3-ə bərabər olub.

Ocağı 13 kilometr dərinlikdə yerləşən zəlzələ hiss olunmayıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts