“Samsung Electronics”in əməliyyat gəlirləri 52,5 faiz artıb

Tokio, 7 yanvar, /AJMEDIA/

Cənubi Koreyanın “Samsung Electronics” şirkəti ötən ilin son rübündə 63,1 milyard ABŞ dolları məbləğində satış həyata keçirib. Uğurlu yarımkeçiricilər biznesi sayəsində əldə edilən bu rəqəm şirkətin tarixində rüblük rekord göstəricidir.

AJMEDIA şirkətin açıqlamasına istinadla xəbər verir ki, 2021-ci ilin oktyabr-dekabr aylarında qeydə alınan satış əvvəlki ilin eyni dövrü ilə müqayisədə 23,5 faiz çoxdur. Əməliyyat gəliri isə 2020-ci ilin eyni rübü ilə müqayisədə 52,5 faiz çoxalaraq 11,45 milyard dollara çatıb.

Planetin ən iri yaddaş mikrosxemləri və smartfon istehsalçısı olan “Samsung Electronics” şirkətinin ötən il ümumi satışları ilkin hesablamalara görə 17,8 faiz çoxalaraq 231,5 milyard dollar olub. İl üzrə ümumi əməliyyat gəlirləri isə 42,8 milyard dollar təşkil edib.

Ekspertlər hesab edir ki, “Samsung Electronics”in əməliyyat gəlirlərinin böyük hissəsi yarımkeçirici biznesindən, digər əhəmiyyətli hissələri isə smartfon, mobil cihazlar üçün ekran, məişət texnikası satışından əldə olunub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts