Şamaxı Astrofizika Rəsədxanasında elmi-tədqiqat mövzuları üzrə hesabatlar dinləniləcək

Tokio, 15 Noyabr, /AJMEDIA/

Noyabrın 17-də AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının Elmi şurasının növbəti iclası keçiriləcək.

Bu barədə AJMEDIA-ya Rəsədxanadan məlumat verilib. Bildirilib ki, iclasda Şamaxı Astrofizika Rəsədxanasında 2021-2025-ci illər üçün təsdiq edilmiş elmi tədqiqat mövzuları üzrə hesabatlar dinləniləcək. Həmçinin “Geniş örtüklü və kimyəvi pekulyar maqnit ulduzların təkamül xüsusiyyətlərinin və onlarda gedən qeyri-stasionar proseslərin araşdırılması” və “Günəş sisteminin kiçik cisimlərinin təkamülü” mövzularında məruzələr dinləniləcək.

Onlayn iclas haqqında daha ətraflı məlumatı Şamaxı Astrofizika Rəsədxanasının internet səhifəsindən əldə etmək olar.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts