Site icon AJMEDIA Azərbaycanca

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Tokio, 10 mart , /AJMEDIA/

AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında “NGC 7469 Seyfert qalaktikasının fotometrik dəyişkənliyi” mövzusunda onlayn astroseminar keçirilib.

Bu barədə AJMEDIA-ya rəsədxanadan məlumat verilib. Bildirilib ki, seminarda rəsədxananın Qalaktikalar və ulduzəmələgəlmə prosesləri şöbəsinin aparıcı elmi işçisi dosent Nazim Hüseynovun məruzəsi dinlənilib.

Məruzəçi Seyfert qalaktikası NGC 7469-un 2016-2019-cu illərdə BVRİ süzgəclərində aparılmış fotometrik müşahidələrin nəticələrini təqdim edib.

Sonra mövzu ilə bağlı geniş müzakirələr aparılıb, suallar cavablandırılıb.

Exit mobile version