Şair-qəzəlxan Əli Ələmi kitabxanaya xalq yazıçısı Anarın yubileyi münasibəti ilə qəzəl təqdim etdi

Tokio, 15 mart , /AJMEDIA/

AJMEDIA xəbər verir ki, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-nin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının Fəxri oxucusu, şair-qəzəlxan Əli Ələmi kitabxanaya qəzəlini təqdim etdi.

Şair Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayevi 85 illik yubileyi münasibətilə təbrik edir və bu xoş gündə onu dünyaya gətirmiş sevimli şairlərimiz Nigar Rəfibəyli və Rəsul Rzanın əfsanəvi eşqinə həsr etdiyi qəzəli ərmağan edir.

Saf eşqi bir əfsanə Rəsul ilə Nigarın,
Bu eşq dolub ruhuna, sözsüz, həm Anarın!

Salmışdı Rəsulu yola: “Get, şair olub, gəl!”
Yollarda qalıb gözləri Göyçayda çinarın.

Gəncə gözəli valeh edibmiş onu görcək,
O Məhsətisi, sanma, tək olmuş o diyarın.

Divanə idi hər birisi – leyli və Məcnun,
Dildarını sevmiş necə Məcnun, o da yarın!

Şair idilər, hər sözü sevgi, özü sevgi,
Yox bağdə tayı iki göyçək, gül üzarın!

Yazdıqca Rəsul, sözlərinin rəngini gördük,
Rəng aldı, verib rəng özü heyrətlə yazarın.

Bir gün o Nigar soldu, o sevgi gözə gəldi,
Qeyb oldu Rəsul, dözmədi qəlbi dili-zarın.

Bilmirdi Nigar, ruhu Rəsulun uçub artıq,
Əlbəttə dolanmışdı gəlib başına zarın.

Yazmış öz ala gözlüsünə şe’r o pərizad,
Xatırlayırıq, həddi yox idi o qübarın.

Gəl, gəl, dedi sünbüllərinin saçın özün hör,
Vaxt ötmədədir, düşmədi neyçün bə güzarın?

Bir mahnıya çevrildi, o sözlər gözü yaşlı,
Getmişdi, dolanmışdı Rəsulun da məzarın!

Gizlətməyə cəhd eyləmiş övladları ondan,
Dik tutmaq ilə başını üzgün o vüqarın.

Dözməzdi Nigar, gözlədi, gəlmirdi Rəsulu,
Yumdu gözünü, açmadı, gizlətdı açarın!

Olmur belə sevgi, bunu bil, hər kəsə qismət,
Bəlkə özü idi belə bir eşq baharın.

Rəhmət diləyək ruhuna bir də, Ələmi, gəl,
Saf eşqi bir əfsanə Rəsul ilə Nigarın!

Follow us on social

Facebook Twitter Youtube

Related Posts