Şahin Növrəsli ilə “Ustad dərsləri” layihəsinə start verilib

Tokio, 31 oktyabr , /AJMEDIA/

“Cultural Network House” (“Mədəniyyət Şəbəkələr Evi”) İctimai Birliyinin və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin birgə təşkilatçılığı ilə yeni “Ustad dərsləri” layihəsinə start verilib.
AJMEDIA xəbər verir ki, dünyaşöhrətli pianoçu Şahin Növrəslinin “Ustad dərsləri” layihəsi oktyabrın 29-da başlayıb və dekabrın 3-dək həftədə bir dəfə olmaqla həyata keçiriləcək. Layihə 3 mərhələdən ibarətdir. İlkin mərhələdə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan uşaq musiqi və incəsənət məktəblərində təhsil alan şagirdlər arasında seçim turu keçirilib. Daha sonra Vaqif Mustafazadə adına 2 nömrəli Uşaq İncəsənət Məktəbində “Ustad dərsləri”nə başlanılıb. Həmçinin ustad dərsləri keçən şagirdlərin Şahin Növrəslinin rəhbərliyi ilə konsert proqramı və onlara sertifikatların təqdim edilməsi nəzərdə tutulur.
Layihənin məqsədi Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Uşaq musiqi və incəsənət məktəblərində təhsil alan şagirdlərin klassik repertuarına daxil olan proqramlardan əlavə, ifaçılıq bacarığının ahəngdar inkişaf yollarını özündə cəmləşdirən kamil və universal musiqiçi hazırlamaqdır. Həmçinin caz musiqisinin uşaqlar arasında geniş təbliğini gerçəkləşdirməklə onların bədii estetik zövqünü yüksəltmək, istedadlı şagirdləri üzə çıxarmaq və onların yaradıcılıq qabiliyyətlərini inkişaf etdirməkdir. Eyni zamanda, şagirdlərin hərtərəfli şəxsiyyət kimi formalaşmasına dəstək olmaq, eləcə də musiqi təhsilində Avropa standartlarını tətbiq edib ustad dərsləri vasitəsilə onlara daha bir yeni ustad töhfəsi verməkdən ibarətdir.
Qeyd edək ki, “Cultural Network House” İctimai Birliyinin təşkil etdiyi mədəniyyət və incəsənət layihələri ölkəmizdə və ölkəmizin hüdudlarından kənarda Azərbaycan mədəniyyətinin təmsili və təbliğinə xidmət edir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts