Sabirabadda Ulu Öndərin xatirəsinə həsr edilən fləşmob keçirilib

Tokio, 19 may , /AJMEDIA/

Sabirabad şəhərində Ulu Öndərin adını daşıyan parkda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilən fləşmob keçirilib.
AJMEDIA xəbər verir ki, Sabirabad Rayon İcra Hakimiyyəti və Sabirabad Dövlət Sosial-İqtisadi Kollecinin dəstəyi ilə keçirilən fləşmobda 260-dan çox könüllü gənc iştirak edib.
Fləşmobda kollecin tələbələri tərəfindən “Heydər Əliyev 100” yazısını və Ulu Öndərin imzasını əks etdirən kompozisiyalar yaradılıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts