Sabahdan məktəbəhazırlıq qrupları üzrə elektron yerdəyişmə prosesinə başlanılır

Tokio, 31 oktyabr , /AJMEDIA/

Noyabrın 1-i saat 11:00-dan etibarən məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların elektron yerdəyişməsi prosesinə başlanılacaq.
Elm və Təhsil Nazirliyindən AJMEDIA-ya bildirilib ki, uşaqların yerdəyişməsi prosesi www.sy.edu.az portalı vasitəsilə həyata keçirilir.
Şagird yerdəyişməsinin elektronlaşdırılması bu prosesdə məktəb və valideyn arasında olan məsafənin azaldılmasına və valideynin təhsil müəssisəsi ilə təmasının daha şəffaf şəkildə təşkilinə xidmət edir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts