Site icon AJMEDIA Azərbaycanca

“Sabah” tarixində ilk dəfə “Qarabağ”ı məğlub etdi

Tokio, 16 aprel , /AJMEDIA/

Bu gün Azərbaycan Premyer Liqasında 30-cu turun son oyunu keçirilib.

AJMEDIA xəxəbr verir ki, “Sabah” klubu öz meydanında turnir cədvəlinin lideri olan “Qarabağ” klubunu qəbul edib.

Oyun meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

“Sabah”ın heyətində hər iki qolu Coy Lens Mikels (72-ci və 77-ci dəqiqələr), “Qarabağ”ın yeganə qolunu isə 86-cı dəqiqədə Riçard Almeyda vurub.

Qeyd edək ki, 30 turdan sonra “Qarabağ” 77 xalla turnir cədvəlində birinci yerdə, “Sabah” isə 68 xalla ikinci yerdə qərarlaşıb.

Exit mobile version