Sabah “Qarabağ” – “Qalatasaray” oyununun biletləri satışa çıxarılacaq

Tokio, 15 mart , /AJMEDIA/

Ağdamın “Qarabağ” və Türkiyənin “Qalatasaray” komandaları arasında keçiriləcək yoldaşlıq oyununun biletlərinin satışa çıxarılacağı tarix açıqlanıb.
AJMEDIA Ağdam təmsilçisinə istinadla xəbər verir ki, matçın biletləri martın 16-da saat 11:00-dan etibarən satışda olacaq.
Biletlərin qiyməti müvafiq olaraq 3, 5, 30, 50 və 100 manat təşkil edəcək.
Biletləri Tofiq Bəhramov adına Respublika Stadionunun kassaları, “iticket.az”ın satış məntəqələri, “Park Bulvar”da yerləşən “Qarabağ”ın fan-şopu və “iticket.az”dan əldə etmək mümkündür.
Qeyd edək ki, martın 26-da Bakı Olimpiya Stadionunda oynanılacaq “Qarabağ” – “Qalatasaray” görüşü saat 20:00-da başlayacaq.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts