Sabah ölkə ərazisində hava əsasən yağmursuz olacaq

Tokio, 21 iyun , /AJMEDIA/

Azərbaycanda iyunun 22-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AJMEDIA-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Şimal-qərb küləyi əsəcək, gündüz saatlarından arabir güclənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 20-23°, gündüz 30-35°, bəzi yerlərdə 37° isti, Bakıda gecə 21-23°, gündüz 34-36° isti olacaq. Atmosfer təzyiqi 749 millimetr civə sütunundan 746 millimetr civə sütununa enəcək. Nisbi rütubət 40-50 faiz təşkil edəcək.
Abşeron çimərliklərində şimal-qərb küləyi əsəcək, gündüz saatlarından arabir güclənəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində – Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada 23-24° isti, cənub çimərliklərində – Türkan, Hövsan, Sahil, Şıxda 24-25° isti olacaq.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 19-24°, gündüz 33-38° isti, dağlarda gecə 8-13°, gündüz 18-23° isti olacaq.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts