Sabah ölkə ərazisində hava əsasən yağmursuz olacaq

Tokio, 3 oktyabr , /AJMEDIA/

Azərbaycanda oktyabrın 4-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AJMEDIA-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 19-21°, gündüz 25-28° isti, Bakıda gecə 19-21°, gündüz 26-28° isti olacaq. Atmosfer təzyiqi 762 millimetr civə sütunu, nisbi rütubət 55-65 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 15-19°, gündüz 28-32° isti, dağlarda gecə 3-8°, gündüz 15-19° isti olacağı gözlənilir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts