Sabah müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi 7 fənn üzrə təşkil ediləcək

Tokio, 19 avqust , /AJMEDIA/

Bakı şəhəri 18 nömrəli tam orta məktəbdə müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi davam edir.
Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən AJMEDIA-ya bildirilib ki, avqustun 20-də texnologiya, rus dili, musiqi (Azərbaycan və rus bölməsi), tarix, riyaziyyat, təsviri incəsənət və informatika fənləri üzrə müsahibələr təşkil olunacaq.
Qeyd edək ki, avqustun 25-dək davam edəcək müsahibələr zamanı müvafiq komissiya tərəfindən namizədlərin peşəkar kompetensiyaları, psixoloji hazırlığı və ümumi dünyagörüşü proqrama uyğun olaraq yoxlanılacaq.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts