Site icon AJMEDIA Azərbaycanca

Sabah Azərbaycan Basketbol Liqasında ikinci tur start götürəcək

Tokio, 18 oktyabr , /AJMEDIA/

Oktyabrın 19-da “Sərhədçi” İdman Mərkəzində Azərbaycan Basketbol Liqasında ikinci tura start veriləcək.
AJMEDIA xəbər verir ki, saat 18:30-da – turun açılış oyununda iki region komandası “Zirvə Astara” və “Gəncə” üz-üzə gələcəklər.
Oyun “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.
Saat 21:00-da isə “Sərhədçi” və “Neftçi” basketbolçuları turun ikinci görüşündə öz münasibətlərini aydınlaşdırmağa çalışacaqlar.
Görüş federasiyanın rəsmi yutub hesabından canlı şərh olunaraq basketbol azarkeşlərinə təqdim olunacaq.

Exit mobile version