Səudiyyə Ərəbistanında Azərbaycanla turizm və mədəniyyət sahələrində əməkdaşlığa dair işçi qrupu yaradılır

Tokio, 22 iyul , /AJMEDIA/

Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfiri Şahin Abdullayevin Ciddə Sənaye və Ticarət Palatasının Turizm və Mədəniyyət Şurasının sədri şahzadə Abdullah bin Səud bin Məhəmməd ilə görüşündə iki ölkə arasında iqtisadi-ticari əlaqələrin perspektivləri, o cümlədən turizm sektorunda əməkdaşlıq məsələləri müzakirə olunub.
AJMEDIA xəbər verir ki, Ciddə Palatası Direktorlar Şurasının üzvləri və ayrı-ayrı sahələrin rəhbərlərinin iştirak etdikləri görüşdə səfir Ş.Abdullayev ölkəmizin iqtisadi inkişafı, turizm potensialı haqqında məlumat verib. O vurğulayıb ki, hazırda işğaldan azad olunmuş ərazilərimizdə geniş bərpa-quruculuq işləri aparılır. Səfir Səudiyyə Ərəbistanının iş adamlarını bu prosesdə fəal iştirak etməyə dəvət edib.
Görüşdə turizm sektorunda əməkdaşlığın daha da inkişafı, iki ölkə arasında marketinq və mədəni əlaqələrin gücləndirilməsi, Səudiyyə Ərəbistanının iş adamlarının Azərbaycana səfəri müzakirə olunub. Həmçinin Ciddə Palatasının Turizm və Mədəniyyət Şurası nəzdində turizm və mədəniyyət sahələrində əməkdaşlığın potensialını araşdırmaq məqsədilə işçi qrupunun yaradılması qərara alınıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts