Səudiyyə Ərəbistanı və İran arasında diplomatik əlaqələr bərpa olunur

Tokio, 10 mart , /AJMEDIA/

Səudiyyə Ərəbistanı və İran rəsmiləri iki ölkə arasında illərdir davam edən gərginlikdən sonra iki ay ərzində diplomatik münasibətləri bərpa etmək, Tehranda və Ər-Riyadda səfirlikləri açmaq barədə razılığa gəliblər.
AJMEDIA Saudi Press informasiya agentliyinə istinadla xəbər verir ki, Çin Xalq Respublikasının Sədri Si Cinpinin Səudiyyə Ərəbistanı Krallığı ilə İran İslam Respublikası arasında mehriban qonşuluq münasibətlərinin inkişafına Çinin dəstəyi ilə bağlı nəcib təşəbbüsünə cavab olaraq, Pekində üçtərəfli bəyanat imzalanıb. Bəyanatda Ər-Riyad və Tehran arasında iki aydan çox olmayan müddətdə diplomatik münasibətlərin bərpası və səfirliklərin yenidən açılması barədə razılıq əldə olunduğu bildirilib. Tərəflər dövlətlərin suverenliyinə hörmət və bir-birinin daxili işlərinə qarışmamaq prinsipini xüsusi olaraq vurğulayıblar.
Pekinin vasitəçiliyi ilə keçirilən görüşdə qərara alınıb ki, iki ölkənin xarici işlər nazirləri səfirlərin geri qaytarılmasını təşkil etmək və ikitərəfli əlaqələrin genişləndirilməsi yollarını müzakirə etmək üçün görüş keçirəcəklər.
Bəyanatda deyilir ki, Səudiyyə və İran tərəfləri 2021-2022-ci illər ərzində hər iki tərəf arasında baş tutan dialoq raundlarına ev sahibliyi etdiyinə görə İraq və Omana təşəkkür ediblər. Onlar vurğulayıblar ki, danışıqlara vasitəçilik edən Çin Xalq Respublikası rəhbərliyinin səyləri təqdirəlayiqdir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts