Şərqi Asiyada anomal şaxtalar: Yaponiyada beş nəfər ölüb

Tokio, 26 yanvar , /AJMEDIA/

Şərqi Asiyada anomal şaxtalar hökm sürür. Kəskin hava şəraiti Yaponiyada beş nəfərin ölümünə səbəb olub.
AJMEDIA xarici mediaya istinadla xəbər verir ki, yanvarın 24-25-də Yaponiyada güclü qar səbəbindən 300-ə qədər daxili aviareys ləğv olunub. Bundan başqa Fukuşima və Sindze şəhərləri arasında sürət qatarlarının hərəkəti dayandırılıb.
Cənubi Koreyada bu həftə havanın temperaturu mənfi 14 dərəcəyə, bəzi rayonlarda hətta mənfi 30 dərəcəyə enib.
Asiyanın digər ölkələri də güclü şaxtalardan əziyyət çəkir. Əfqanıstan tarixində ən sərt qışını yaşayır. Yanvarın əvvəlindən bəri ölkədə hökm sürən şaxtalı hava 157 nəfərin həyatına son qoyub.
Rusiyanın şərqində yerləşən bəzi regionlarda termometrlər mənfi 70 dərəcəni göstərir. Qırğızıstanda isə İssk-Kul (İsti göl) gölü buz bağlayıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts