Sənaye zonalarında istehsal olunan məhsullar dünyanın 50-dən çox ölkəsinə ixrac edilib

Tokio, 11 avqust , /AJMEDIA/

İndiyədək sənaye zonalarında 108 sahibkarlıq subyektinə rezidentlik statusu verilib və bunlardan 60-ı artıq fəaliyyətə başlayıb.
İqtisadi Zonaların İnkişafı Agentliyindən (İZİA) AJMEDIA-ya bildirilib ki, sahibkarlar tərəfindən bu günədək sənaye zonalarına 6,4 milyard manatdan çox investisiya yatırılıb və 10 min 100-dən çox daimi iş yeri yaradılıb.
Sənaye zonaları ölkənin qeyri-neft sektorunun inkişafında mühüm rol oynayır. Belə ki, 2022-ci ilin I yarısında 1,3 milyard manatlıq məhsul istehsalı ilə sənaye zonalarının ölkə sənayesinin qeyri-neft sektorunda xüsusi çəkisi 14,9 faiz, qeyri-neft sənaye məhsullarının ixracında 33,1 faiz (543,9 milyon manat) olub.
Sənaye zonalarında istehsal olunan məhsullar dünyanın 50-dən çox ölkəsinə ixrac edilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts