Şəlalələr diyarı Ləzənin qızıl payızı

Tokio, 22 Noyabr, /AJMEDIA/

Azərbaycanın şəlalələr diyarı adlandırılan Qusar rayonunun Ləzə kəndi əsrarəngiz təbiət mənzərələri ilə məşhurdur.

AJMEDIA-ya xəbər verir ki, Ləzə kəndi və ətraf ərazilərin payız libası göz oxşayır. Dağ şəlalələri və Qusarçay çayının sahili boyunca uzanan təbiət mənzərələrinə baxmaqdan doymaq olmur. Şəlalələr diyarı Ləzəyə qızıl payız çox yaraşır.

Qafqaz sıra dağlarının şimal-şərqində dəniz səviyyəsindən 4242 metr hündürlükdə Şahdağ yüksəkliyinin ətəyində yerləşən kənddə 10-dan çox dağ şəlaləsi var. Qızmar yayda insanların könlünü sərinlədən şəlalələr şaxtalı mövsümdə donaraq görənlərə qış nağılını yaşadır. Bu da yerli və əcnəbi turistləri buraya cəlb edən əsas amillərdəndir. Kəndin yerləşdiyi yayla dəniz səviyyəsindən 1300 metr yüksəklikdədir. İki yüzə yaxın əhalisi olan Ləzə kəndində 30-dək ev var.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts