Şəhriyar Məmmədyarov “Superbet Chess Classic” turnirində növbəti görüşünü fransalı şahmatçıya qarşı keçirəcək

Tokio, 7 may , /AJMEDIA/

Rumıniyanın paytaxtı Buxarestdə “Grand Chess Tour” seriyasının ilk mərhələsi olan “Superbet Chess Classic” şahmat turnirinin üçüncü turunun oyunları keçiriləcək.
AJMEDIA xəbər verir ki, yarışda iştirak edən Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov növbəti turda Fransa təmsilçisi Maksim Vaşye-Laqravla görüşəcək.
Dairəvi sistem üzrə təşkil olunan və mayın 14-dək davam edəcək turnirin ümumi mükafat fondu 350 min ABŞ dolları təşkil edir.
Xatırladaq ki, Şəhriyar Məmmədyarov 2021-ci ildə keçirilmiş “Superbet Chess Classic” turnirinin qalibi olub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts