Şəhidlərin xatirəsinə həsr olunan veloyürüşə start verilib

Tokio, 24 sentyabr , /AJMEDIA/

Sentyabrın 24-də Azərbaycan Velosiped Federasiyasının təşkilatçılığı ilə Vətən müharibəsi qazilərinin veloyürüşü təşkil edilib.
AJMEDIA xəbər verir ki, şəhidlərin xatirəsinə həsr olunan veloyürüşdən əvvəl İkinci Fəxri xiyabanda Vətən uğrunda canından keçmiş qəhrəmanların məzarları ziyarət olunub, onların məzarları önünə gül dəstələri düzülüb.
Sonra Dənizkənarı Bulvarın “Azneft” dairəsi hissəsində veloyürüşə start verilib. Yürüş Hərbi Qənimətlər Parkının qarşısında başa çatacaq. Qazilər, həmçinin Hərbi Qənimətlər Parkını ziyarət edəcəklər.
Veloyürüşdə Federasiyanın nümayəndələri və milli komandanın üzvləri də iştirak edirlər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts