Şəhid uşaqlarının Heydər Əliyev Mərkəzinə ekskursiyası təşkil olunub

Tokio, 6 may , /AJMEDIA/

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi tərəfindən bir qrup şəhid uşağının Heydər Əliyev Mərkəzinə ekskursiyası təşkil olunub.
Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AJMEDIA-ya verilən məlumata görə, uşaqlar xalqımızın ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətinin bütün dövrlərini əhatə edən video və fotoarxiv sənədlər, eləcə də müxtəlif eksponatlarla tanış edilib.
Ulu Öndər Heydər Əliyevin zəngin irsi ilə yaxından tanış olmaq imkanı yaradan ekskursiya çərçivəsində uşaqlar Mərkəzdə Azərbaycanın qədim tarixə, mədəniyyətə malik olduğunu əks etdirən sərgi ilə də tanış olublar.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts