Şəhid Ramil Quliyevin ailəsi ziyarət olunub

Tokio, 29 sentyabr , /AJMEDIA/

Sumqayıt Regional Mədəniyyət İdarəsinin tərkibində fəaliyyət göstərən Qubadlı Rayon Mədəniyyət İşçiləri Həmkarlar Komitəsinin təşkilatçılığı ilə 44 günlük Vətən müharibəsinin şəhidi Ramil Elşən oğlu Quliyevin ailəsi ziyarət olunub.
İdarədən AJMEDIA-ya bildirilib ki, mədəniyyət işçiləri öncə şəhidin adı verilmiş küçənin açılışında iştirak edib, barelyefin önünə tər qərənfillər düzüblər.
Sonra iştirakçılar şəhid ailəsini ziyarət ediblər.
Ziyarət zamanı şəhidlə bağlı xatirələrdən danışılıb, ailəsinə maddi və mənəvi dəstək göstərilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts