Şəhid pilot baş leytenant Fərid Nağıyevin xatirəsinə bulaq kompleksi inşa olunub

Tokio, 10 iyun , /AJMEDIA/

Qaraheybətdə helikopter qəzası zamanı şəhid olan baş leytenant Fərid Nağıyevin xatirəsinə Beyləqan rayonunda təhsil aldığı məktəbdə bulaq kompleksi tikilib. Kompleks şəhidin doğum günündə istifadəyə verilib.
Mərasimdə şəhidin ailəsi ilə birlikdə hərbçi yoldaşları, veteran və qazilər, rayon icra hakmiyyətinin nümayəndələri, məktəb kollektivi və ictimaiyyət nümayəndələri iştirak ediblər.
AJMEDIA xəbər verir ki, əvvəlcə şəhidlərin xatirəsi anılıb. Məktəblilərin ifasında vətənpərvərliyə və şəhidlərə həsr olunan şeirlər səsləndirilib. Çıxış edənlər Fəridin həyatından, Vətənə olan sevgisindən söhbət açıblar. Qeyd edilib ki, Nağıyev Fərid 1996-cı il iyunun 8-də Beyləqan rayonunda dünyaya göz açıb. Hələ kiçik yaşlarından təyyarə və helikopterə maraq bəsləyən Fərid gələcəkdə pilot olmaq arzusu ilə yaşayıb. 2013-cü ildə Dövlət Sərhəd Xidmətinin Aviasiya Akademiyasında uçuş mühəndisliyi fakültəsində təhsil almağa başlayıb. 2017-ci ildə akademiyanı müvəffəqiyyətlə başa vurub, 23 yaşında ekipaj komandiri vəzifəsinə yüksəlib. Xidməti dövründə bir çox fəxri fərmanlarla və “Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919-2019)” yubiley medalı ilə təltif edilib. Fərid Nağıyev 44 günlük Vətən müharibəsində xüsusi tapşırıqların icrasında iştirak edib, düşmənə sarsıdıcı zərbələr vurub.
Qeyd edək ki, ötən il noyabrın 30-da Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb, baş leytenant Fərid Nağıyev və daha 13 hərbçi şəhid olub. Fərid Nağıyev Beyləqan Şəhidlər xiyabanında dəfn edilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts