Şəhid Ağasadıq Aslanovun xatirəsinə həsr olunmuş şeir təqdim olundu

Tokio, 9 mart , /AJMEDIA/

AJMEDIA xəbər verir ki, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-nin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının Fəxri oxucusu, şair Bədirə Rza Həsənqızı kitabxanada həyata keçirilən “Şəhidlər ölməz, Vətən bölünməz!” layihəsinə Vətən müharibəsi şəhidi Ağasadıq Aslanovun əziz xatirəsinə həsr etdiyi “Əbədi sorağın yaşayar sənin!” şeirini təqdim etdi.
Şairin ilk kitabı 2016-cı ildə çap olunub. “Ömür axarı” adlı ilk kitabından sonra 2019-cu ildə “24 yaşın son vidası”, 2020-ci ilin mart ayında isə “Vətənsevər” kitabı çap olunmuşdur. 2022-ci ildə 44 gün davam edərək zəfərlə başa çatan Vətən müharibəsində şəhid olmuş Neftçala rayon şəhidlərinin xatirəsinə yazdığı “Nəfəsimiz Vətəndir” kitabı çap edilmişdir.
Bədirə Rza Həsənqızı “Gülüstan”, “Xəzər nəğmələri” Ədəbi Birliklərinin, habelə Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Hal-hazırda Neftçala rayon “Gündoğar” rayon qəzetinin baş redaktoru vəzifəsində işləyir.

Əbədi sorağın yaşayar sənin!

(Vətən müharibəsi şəhidi
Ağasadıq Aslanovun
əziz xatirəsinə, ruhu şad olsun)

Ulduzlar içindən seçilir biri,
Parlayır, uzaqdan görünür iri,
Bu dünya fanidir, yazdın hünəri-
Əbədi sorağın yaşayar sənin.

Hərbidə qazandın şərəfli adı,
Qovladın düşməni, o xain yadı…
PUALAR üstündə Şəhidlər adı –
Nəsillər yolunu daşıyar sənin.

Sinəndə qorxusuz, cəsur bir ürək,
Xəyalda sonsuzdu, qanadlı dilək…
Vətənçün qalxmışdı o dəmir bilək,
Qəhrəman növrağın yaşayar sənin.

Qaldı yaddaşlarda adın Qəhrəman,
Ağasadıq oğuldu xalqına, inan!
O torpaq yolunda fəda etdi can-
Sevənlər izinə oxşayar sənin…

Ruhun hər sabahda seyr edər, baxar,
Şuşa yollarında dumana dalar…
Vətənlə oyanar, Vətənlə coşar-
Ölümsüz məqamın dolaşar sənin.

Məkanın nur olsun, daim dilərik,
Bu borcu sən söylə, necə ödərik?
Qarşında təzimlə, biz baş əyərik,
Adın könüllərdə yaşayar sənin!

Follow us on social

Facebook Twitter Youtube

Related Posts