Səfir: Türkiyə vətəndaşları prezident seçkilərində Bakı, Naxçıvan və Gəncədə səs verə bilərlər

Tokio, 28 mart , /AJMEDIA/

Türkiyədə baş vermiş zəlzələnin fəsadlarının aradan qaldırılmasında göstərdikləri dəstəyə görə başda Prezident İlham Əliyev olmaqla, bütün Azərbaycan xalqına sonsuz təşəkkürlərimizi bildiririk.
AJMEDIA xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı qardaş ölkədə keçiriləcək növbəti prezident seçkiləri ilə əlaqədar jurnalistlərə açıqlamasında söyləyib.
Xaricdə yaşayan Türkiyə vətəndaşlarının seçkilərdə fəal iştirakının təmin edilməsi istiqamətində işlərin aparıldığını söyləyən səfir bildirib: “Azərbaycanda yaşayan vətəndaşlarımız aprelin 2-dək Bakı, Naxçıvan və Gəncədəki konsulluqlarımızda səs verə bilərlər. Konsulluqlar aprelin 1-də və 2-də açıq olacaq”.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts