Səfir: Azərbaycan və Yaponiya arasında tullantıların idarə olunması sahəsində layihələr həyata keçiriləcək

Tokio, 8 iyun , /AJMEDIA/

Azərbaycanla Yaponiya arasında bir sıra layihələr həyata keçirilib. Bunlar əsasən içməli su təchizatında suvarma, təhsil və səhiyyə sahəsində olub.
AJMEDIA xəbər verir ki, bunu Yaponiyanın ölkəmizdəki səfiri Cuniçi Vada Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda ( ETACXİ) Yaponiyanın “Fujifilm” şirkətinə məxsus “FDR X-air” portativ rentgen avadanlığının satın alınması ilə əlaqədar layihənin açılış mərasimində deyib.
Səfirin sözlərinə görə, bundan sonra da iki ölkə arasında belə layihələr davam edəcək: “Eyni zamanda, kənd təsərrüfatı, tullantıların idarə olunması sahələrində də yeni layihələrin həyata keçirilməsi gözlənilir”.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts