Site icon AJMEDIA Azərbaycanca

Şəhriyar Məmmədyarov “Oslo Esports Cup” turnirində növbəti görüşünü keçirəcək

Tokio, 23 aprel , /AJMEDIA/

Aprelin 23-də şahmat üzrə çempionlar turunun “Oslo Esports Cup” mərhələsində ikinci turun oyunları keçiriləcək.
AJMEDIA xəbər verir ki, Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov ikinci qarşılaşmada Hindistan şahmatçısı Praqnanandha Rameşbabu ilə üz-üzə gələcək.
Şahmatçımız birinci turda vyetnamlı Le Quanq Liyemi 2,5:1,5 hesabı ilə məğlubiyyətə uğradıb.
Turnirin iştirakçıları hər turda rapid üzrə (15 dəqiqə + 10 saniyə) 4 partiyadan ibarət matçda mübarizə aparırlar. Yarış aprelin 28-dək davam edəcək.

Exit mobile version