Site icon AJMEDIA Azərbaycanca

Şəhid Xudayar Yusifzadə haqqında videoçarx hazırlanıb

Tokio, 23 oktyabr , /AJMEDIA/

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 1 nömrəli filialının fəal oxucusu Gültac Əliyeva tərəfindən Vətən müharibəsi şəhidi, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının kiçik giziri Xudayar Yusifzadə haqqında videoçarx hazırlanıb.
Baş İdarədən AJMEDIA-ya bildirilib ki, videoçarxda şəhidin özü və qəhrəmanlığı qədər dillərdə dastan olan “Vətən yaxşıdır” şeiri səsləndirilib. Şəhid Xudayar Yusifzadənin ifası ilə ikinci həyat verdiyi mahnıda azadlıq duyğusu, vətən sevgisi daha qabarıq şəkildə əks olunub. Doğma el-oba, ana torpaq, dumanlı dağlar qoynunda səfalı təbiət mənzərəsi şeirdə böyük ustalıqla ifadə edilib.
Qeyd edək ki, şeirin müəllifi qəzəlxan şair Əliağa Vahid, bəstəkarı xanəndə, pedaqoq, Xalq artisti Əlibaba Məmmədovdur.

Exit mobile version