Site icon AJMEDIA Azərbaycanca

Səfirlik: Moskvadakı terror aktında ölənlər və xəsarət alanlar arasında azərbaycanlıların olub-olmaması dəqiqləşdirilir

Tokio, 23 mart , /AJMEDIA/

Moskvadakı “Crocus City Hall” ticarət mərkəzində törədilmiş terror aktı nəticəsində həlak olanlar və xəsarət alanlar arasında azərbaycanlıların olub-olmaması dəqiqləşdirilir.

Bu barədə Azərbaycanın Rusiyadakı səfirliyindən bildirilib.

Qeyd edək ki, Moskva vilayəti Səhiyyə Nazirliyi “Crocus City Hall” ticarət mərkəzində törədilmiş terror aktı nəticəsində ölənlərin ilk siyahısını dərc edib. Siyahıda 37 nəfərin, o cümlədən azərbaycanlı olduğu ehtimal edilən 1983-cü il təvəllüdlü Vüqar Hüseynov adlı şəxsin adı var.

Rusiya İstintaq Komitəsi hadisə nəticəsində 93 nəfərin həlak olduğunu bildirir.

Exit mobile version