Site icon AJMEDIA Azərbaycanca

Rusiyalılar qış turizmi üçün Azərbaycanı seçirlər

Tokio, 13 fevral, /AJMEDIA/

Rusiyalılar qış turizmi üçün Azərbaycanı seçirlər.

AJMEDIA xəbər verir ki, “Tutu.ru” onlayn-xidmətin tədqiqatının nəticələri belədir.

Analitiklər qeyd ediblər ki, koronavirus pandemiyasına qədər rusiyalıların əksəriyyəti qış turizmi üçün Tailandı seçirdilər, indi isə yaxın xaricdəki ilıq ölkələrə tələbat artıb. Məsələn, turistlərin 18,7 faizi Qırğızıstana, 12,4 faizi Özbəkistana üstünlük verir.

Bu göstərici üzrə lider ölkələrin ilk beşliyində həmçinin Tacikistan və Moldovanın da adları çəkilir. Bundan başqa, Azərbaycan, Tailand, Türkiyə və Şri-Lanka da populyar hesab edilir.

Mütəxəssislər tədqiqat üçün 2021-ci il dekabrın 1-dən 2022-ci il martın 1-dək təyyarə biletlərinin qabaqcadan sifariş olunması barədə məlumatları təhlil ediblər. Bu halda yalnız səfərin minimal müddəti 21 gün olan “oraya və geri” istiqamətli biletlər hesaba alınıb.

Exit mobile version