Rusiya və Türkiyə “Sinop” AES-in inşasını müzakirə edir

Tokio, 22 noyabr , /AJMEDIA/

Rusiyanın “Rosatom” Dövlət Atom Enerjisi Korporasiyası Türkiyədə “Sinop” atom elektrik stansiyasının inşası məsələsini müzakirə edir.
AJMEDIA xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında korporasiyanın baş direktoru Aleksey Lixaçyov bildirib.
A.Lixaçyov deyib ki, Türkiyənin energetika və təbii sərvətlər nazirinin müavini Alparslan Bayraktar Rusiya tərəfinə “Sinop” AES-in tikintisinin planlaşdırıldığını deyib. Qeyd edib ki, hazırda layihənin təfərrüatları müzakirə olunur.
“Sinop” Türkiyədə inşa olunacaq ikinci AES-dir. Türkiyə gələcəkdə ölkənin Avropa hissəsində üçüncü belə stansiyanın tikintisini planlaşdırır.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts