Site icon AJMEDIA Azərbaycanca

Rusiya və İran XİN rəhbərləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər

Tokio, 12 dekabr , /AJMEDIA/

Rusiya və İranın xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər.

AJMEDIA xəbər verir ki, bu barədə Rusiya XİN-in mətbuat xidməti məlumat yayıb.

Rusiya və İran xarici işlər nazirləri Sergey Lavrov və Hüseyn Əmir Abdullahiyan arasında telefon danışığı olub. Tərəflər ikitərəfli münasibətlərə dair aktual məsələləri, eləcə də Fələstin-İsrail münaqişəsini müzakirə ediblər. Xarici siyasət idarələrinin başçıları münaqişə zonasında dərhal atəşkəs elan edilməsi, mülki əhaliyə yardım göstərilməsi, bu məqsədlə BMT-nin nüfuzundan istifadə olunmasına çağırıblar.

Exit mobile version