Tokio, 5 mart , /AJMEDIA/
Rusiya dinc əhalinin Mariupol və Volnovaxidən çıxması üçün sakitlik rejimi elan edib.
AJMEDIA xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda bildirilib ki, martın 5-də Moskva vaxtı ilə saat 10:00-dan Rusiya tərəfi sakitlik rejimi elan edir və dinc əhalinin Mariupol və Volnovaxidən çıxması üçün dəhliz açır.
Humanitar dəhliz və marşrutlar Ukrayna tərəfi ilə razılaşdırılıb.